“Toppuş bacı”nın daha bir yalanı üzə çıxdı - 5 il əvvəl... | 1news.az | Xəbərlər
Cəmiyyət

“Toppuş bacı”nın daha bir yalanı üzə çıxdı - 5 il əvvəl...

12:04 - 29 / 10 / 2018
“Toppuş bacı”nın daha bir yalanı üzə çıxdı - 5 il əvvəl...

“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.

 "Ölkə.Az"ın əldə etdiyi məlumata görə, aktrisa təxminən beş ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Məhz həmin ərəfədə o,  mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub. 

Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi. Halbuki aktrisa mədəkiçiltmə əməliyyatı keçirərkən onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirmiş. Ancaq özü əks-göstəriş olduğunu bilə-bilə mədəkiçiltmə əməliyyatına razılıq verib.

Xatırladaq ki, aktrisanın digər yalanı "Bizimləsən" verilişində keçirilən aksiyayla bağlı olmuşdu. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan  ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi.

1news.az

Paylaş:
4663

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər