Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb

13:46 - 30 / 10 / 2018
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 31-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi  yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz  10-15 dərəcə isti təşkil edəcək.  

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
402

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər