“Gözümdən yaş axırdı ki, ərə getmək istəmirəm” – Xalq artistindən ETİRAF – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Gözümdən yaş axırdı ki, ərə getmək istəmirəm” – Xalq artistindən ETİRAF – VİDEO

14:43 - 30 / 10 / 2018
“Gözümdən yaş axırdı ki, ərə getmək istəmirəm” – Xalq artistindən ETİRAF – VİDEO

Xalq artisti, tanınmış xanəndə Gülyaz Məmmədova “ARB Günəş”in “Mən məktəbli ikən” telelayihəsində məktəb illərindəki xatirələrini bölüşüb.

1news.az
-ın Big.az-a istinadən verdiyi xəbərə görə, o, Şəki rayonunun Böyük Dəhnə kənd orta mətəbində təhsil alıb.

Xalq artisti bildirib ki, həmin dövrdə kənd yerində oxumaq asan olmadığını bildirib:

“Geniş ailə olduğumuzdan, böyük bacılarımın paltarlarını geyinirdik. Bir–birimizin paltarı ilə, çantası ilə böyümüşük”

İlk dərs gününü xatırlayan Gülyaz xanım deyib ki, uşaq vaxtı onu evdə “Gilas” deyə çağırırmışlar. Anası o birinci sinfə başlayanda digər bacılarına tapşırıb ki, məktəbdə onu öz adı ilə çağırsınlar.

Gülyaz xanım deyib ki, həmin dövrdə kənddəki qızların əksəriyyəti onuncu sinfə çatan kimi ailə qururdular:

“Onuncu sinfə çatan kimi elçilər qapını kəsdirirdi və qızları ərə verirdilər. Bacılarımın da, mənim də gözümüzdən yaş axırdı ki, biz ailə qurmaq istəmirik. O vaxt oxumağa yaxşı baxmırdılar. Qarşıma məqsəd qoydum ki, mən oxuyacam və ailəm də mənə dəstək oldu”.

1news.az

Paylaş:
1066

Son xəbərlər

Bütün xəbərlər