Azərbaycanlı qadınla evləndi: 10 illik evliliyindən xəbər tutunca... | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı qadınla evləndi: 10 illik evliliyindən xəbər tutunca...

15:25 - 30 / 10 / 2018
Azərbaycanlı qadınla evləndi: 10 illik evliliyindən xəbər tutunca...

Türkiyənin Sivas əyalətində yaşayan 32 yaşlı İsmayıl Doğan qohumlarının tövsiyəsi ilə iki ay əvvəl Kocaelində yaşayan 26 yaşlı  azərbaycanlı xanım G. Daşdəmirova ilə evlənib.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o, 3 min TL başlıq pulu  ödəyərək, dini nikaha girib. Evlilik müddətində qadın müxtəlif səbəblərlə ərindən pul tələb edib. 

İ.Doğan qadına iki ay ərzində üst-üstə 60 min pul ödədiyini deyib. Onun sözlərinə görə, rəsmi nikaha girmək istəyəndə Daşdəmirova xəstə oldğunu, depressiyaya düşdüyünü iddia edib. Qadının evdən qaçacağından şübhələndiyi üçün polisə gedən ər burada onun 10 ildir evli olduğunu öyrənib. Kişi qadın barəsində fırıldaqçılıqla bağlı iddia qaldırıb. 

Qeyd edək ki, İ.Doğan toy günü gəlin maşınına "Türkiyədə yoxdur, Azərbaycandan aldım” yazdırmışdı. 

1news.az

Paylaş:
4639

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər