Məhkumluq həyatı yaşayan azərbaycanlı məşhurlar - SİYAHI

Xəbər verildiyi kimi, ötən gün insan alverində təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb. T.Səmədova həbs olunub.
Ümumiyyətlə, həbs olunan bəzi şou-biznes nümayəndələrinin bir çoxları və onların qohumlarının, eləcə də meyxanaçıların adı müxtəlif qanun pzotunularının icrasında tez-tez hallanır. Bir çox hallarda isə məşhurlarımızın ailə üzvləri cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olur. Bu siyahıya narkotik istifadə edən, borcu olan, adı fırıldaqçılıqda hallanan, zor tətbiq edən və insan alverində ittiham məşhurlar aiddir.
A24.az son illərdə adı cinayət əməllərində adı hallanan və həbsxanaya düşən məşhurların siyahısını təqdim edir:
Mərhum meyxanaçı Bayram Kürdəxanlı məhkumluq həyatı yaşayıb. Bayram Kürdəxanlı 2014-cü il iyulun 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. 14 noyabr 2014-cü ildə Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanlıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verib. 3 fevral 2015-ci ildə isə həbsdən azad edilib. Meyxanaçı azadlığa çıxandan 1 il 6 ay sonra faciəli şəkildə dünyasını dəyişərək dünyaya gözlərini əbədi olaraq yumub. Belə ki, o, 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Şou-biznesdə bir vaxtlar “at oynadan” prodüsser Nahid Emiloğlunun da adı dələduzluqda hallanıb. Onu dələduzluqda ittiham edən şəxs Xalq artisti Aygün Kazımova olub. Xalq artisti mətbuata açıqlamasında N.Emiloğlunun ona pul “atdığını” bildirib. Müğənni prodüsseri dələduzluqda ittiham edib. Bundan sonra “Bandotdel” Nahid Emiloğlunu saxlayıb. Bir müddət həbs həyatı yaşayan prodüsser azadlığa çıxıb.
Azərbaycanı ilk “Eurovision” mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.
Maral Tahirqızı təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və o, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə ittiham edilərək barəsində 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni Maral Tahirqızı 2017-ci ilin oktyabr ayında həbsdən azad edilib.
Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.
“Azəri qızı” Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu “avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.
Teleaparıcı İlham Mirzəyev dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. İlham Mirzəyev 2014-cü ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 3 il 6 aya endirilib. Amma buna baxmayaraq, teleaparıcı vaxtından əvvəl – 2016-cı ildə azadlığa buraxılıb.
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.
Meyxanaçı Vahid Qədimə 2015-ci ildə dələduzluq maddəsi ilə axtarış elan olunub. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib.
Daha bir reper, mərhum Hüseyn Dərya narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.
Müğənni Fədayə Laçın da həbs olunan məşhurlar arasındadır. Belə ki, F.Laçın ötən il həbs olunub. O, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Müğənni hazırda məhkumluq həyatı yaşayır.
Tanınmış prodüsser Təranə Səmədova oktyabrın 30-da Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. T. Səmədova artıq Bakı İstintaq Təcridxanasına köçürülüb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur.
Tanınmış futbolçu Cavid Hüseynov da məhkumluq həyatı yaşayıb. Belə ki, futbolçu 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölümündə günahlandırılaraq 4 il müddətinə azadlıqdan məhrum olunub. Amma buna baxmayaraq, 2016-cı ilin oktyabrında vaxtından əvvəl azadlığa buraxılıb.
Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədov da həbs olunan tanınmışlar arasındadır. Belə ki, futbolçu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. M.Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkumluq həyatı yaşayan M. Əhmədov ötən ilin oktyabrın 7-də azadlığa buraxılıb.
1news.az