Bakıda Fantaziya Festivalı başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Fantaziya Festivalı başlayıb

14:42 - 01 / 11 / 2018
Bakıda Fantaziya Festivalı başlayıb

Bu gündən Bakıda “Fantaziya” Mədəni İrs Festivalı başlayır.

1news.az xəbər verir ki, festival Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “2018-ci il Avropa mədəni irs İli" çərçivəsində keçirilir.

Noyabrın 1-dən 10-dək davam edəcək festivalda məqsəd Bakının mədəni irsinin saxlanmasıdır. Bu çərçivədə Azərbaycan ictimaiyyətini bir-birindən maraqlı, maarifləndirici və eyni zamanda, əyləncəli tədbirlər silsiləsi gözləyir. Tədbirlər sırasına - konsertlər, sərgilər, “dəyirmi masa”lar, konfranslar, film nümayişləri, Bakının maraqlı və aşkar olunmamış küçələrinə bələdçi turları daxildir.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən festivalın açılış mərasimini keçirilib. Mərasimdə Azərbaycanın milli rəqsləri və milli mətbəxinin nümunələri təqdim edilib.

Xatırladaq ki, festivalın adı XIX əsrin sonlarında Bakıda inşa edilmiş və Şərq ilə Qərb üslubunu birləşdirən memarlıq nümunəsi "Fantaziya" hamamından götürülüb.

Festival Kabo-Verdedən (Yaşıl Burun Adası) ifaçı Miroka Parişin konserti ilə başlayacaq. O, öz yaradıcılığında Portuqaliya, Braziliya, Kuba və Afrika ölkələrinin motivlərini sintez edir.

Qeyd edək ki, festivalı eyni zamanda, “The Landmark” Otel və Biznes Mərkəzi tərəfindən dəstəklənir. Təşəbbüsün rəsmi tərəfdaşları sırasına Azərbaycanın Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzi daxildir. Festival, həmçinin Venesiyanın Ca’ Foscari, ADA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və Azərbaycan Memarlıq və İnşaat universitetləri kimi elmi mərkəzlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

P.Sultanova

Paylaş:
883

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər