Rasim Balayev: “Babək”də atdan yıxılmağımın əziyyətini indi çəkirəm | 1news.az | Xəbərlər
Cəmiyyət

Rasim Balayev: “Babək”də atdan yıxılmağımın əziyyətini indi çəkirəm

15:48 - 06 / 11 / 2018
Rasim Balayev: “Babək”də atdan yıxılmağımın əziyyətini indi çəkirəm

Xalq artisti, Azərbaycanın tanınmış aktyoru Rasim Balayevin səhhətində yenə də problemlər yaranıb.

1news.az xəbər verir ki, bu barədə sənətkar Baku.ws-ə məlumat verib. Onun sözlərinə görə, Türkiyəyə müalicəyə getməyə hazırlaşır.

“Belimdə kiçik yırtıq var. “Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışam. Onun altını indi çəkirəm. İndi də belimdə ağrılar var. Müalicə etmək üçün Ankaraya gedirəm. Bakıda əməliyyat etdirmək istədim. Lakin məsləhət görmədilər”, - deyə Rasim Balayev bildirib.

Sənətkar müalicəsinin pulunu öz hesabına ödəyəcəyini də vurğulayıb:

“İndi gedirəm, görüm nə qədər pul tutacaq. Əvvəlcədən həkimlə danışmışıq. Müalicənin qiyməti barədə konkret nəsə deməyib. Bildirib ki, bu o qədər də önəmli deyil.

Düşünürəm ki, müalicə pulu əməliyyatın dəyərindən nisbətən ucuz olar. Əgər müalicə pulu çox olmasa, öz hesabıma ödəyəcəyəm. Yox əgər baha olsa, kömək üçün müraciət edəcəyəm”.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər