Ekspert: Dövlət başçısının Ağdamada verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekspert: Dövlət başçısının Ağdamada verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır

16:57 - 06 / 11 / 2018
Ekspert: Dövlət başçısının Ağdamada verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamaa səfəri zamanı bir sıra xüsusi əhəmiyyət daşıyan mesajlar verdi. Dövlət başçısı öz çıxışında dilimizlə bağlı da məsələyə toxundu.

Bunu 1news.az-a “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, ekspert Elçin Mirzəbəyli deyib.

EəMirzəbəyli vurğulayıb ki, hələ ümummilli lider Heydər Əliyevin dövründə Azərbaycan dilinin konstitusion statusunun müəyyənləşdirilməsi ilə bağlı kifayət qədər ciddi addımlar atılıb, latın qrafikasına keçidlə bağlı müvafiq qərarlar verilib:

“Daha sonra cənab Prezident tərəfindən Azərbaycan dilinin saflığının qorunması və təkminləşdirlməsi ilə bağlı ardıcıl sərcam və fərmanlar imzalanıb. Dövlət Dil Komissiyası yaradılb ki, ona da dövlət başçısı özü bilavasitə rəhbərlik edir. Əslində bu faktorun özü Azərbaycan Prezidentinin dilimizə verdiyi dəyərin göstəricisidir və təbii ki, bu davranış hər bir Azərbaycan vətəndaşı üçün də nümunə olmalıdır”.

Ekspet vurğulayıb ki,  hər kəs öz işində, fəaliyyətində Azərbaycan dilinin təmizliyinin qorunmasına çalışmaldır:

“Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı fərmandan irəli gələn ciddi məqamlar var. Monitorinq Mərkəzinin yaradıması fəmanda yer alıb ki, bu da publik hüquqi şəxsdir və bu, artıq onun müvafiq hüquqi statusunun olması deməkdir. Əlbəttəi ki, qeyd edilən məsələ vacib əhəmiyyət daşıyır.

Təbii ki, Monitorinq Mərkəzi yarandıqdan sonra dilimizə hər hansı bir formada müdaxilələrin qarşısının alınması istiqamətndə müvafiq mexanizmlər də nəzərdə tutulacaq. Bura çox güman ki, cəza mexanizmləri də daxil olacaq ki, reklam sahəsində və digər sahələrdə Azərbaycan dilinin qaydalarını kobud şəkildə pozan şəxslər ciddi şəkildə cəzalandırılsınlar”.

E.Mirzəbəyli vurğulayıb ki, qloballaşma şəraitində dilin varlığının qorunması vacib şərtlərdən biridir:

“Çünki dil sadəcə bir millət, xalq üçün üniyyət vasitəsi deyil.  Eyni zamanda onun milli kimliyinin, mədəniyyətinin qorunması üçün əsas vacib şərtlərdən biridir. Yəni sovet dövründə, ondan əvvəl  Azərbaycan dili olmasaydı, şübhəsiz ki, öz milli kilmliyimizi, varlığımızı qoruyub saxlaya bilməzdik. Bu gün də bu prosesdə Azərbaycan Prezidenti, dövləti hər zaman olduğu kimi öndədir və hər zaman olduğu kimi Azəbaycan dilinin qorunmasının qayğısına qalır.

Düşünürəm ki, dövlət başçısının Ağdamada verdiyi mesajlar da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dilinə xarici kəlmələrin daxil olmasının qarşısnın alınması, dilmizin təmizliyinin qorunması və Prezidentin səsləndirdiyi fikirlər mühüm əhəmiyyət daşıyır, onların icrası istiqamətində ciddi addımlar atmaqla şübhəsiz ki, biz dilimizin təmizliyini qoruyub saxlayıb, gələcək nəsllərə ötürə bilərik”.

P.Sultanova

 

 

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər