Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı

12:00 - 06 / 11 / 2018
Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı

Elektron bankçılıq xidmətlərini getdikcə inkişaf etdirərək müştərilər üçün geniş seçim imkanları yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir yeniliyini təqdim edib.

Hüquqi şəxslər və sahibkar fiziki şəxslər indi bankın IBA Banking İnternet Bankçılıq xidmətinə OTP açarı ilə yanaşı, ASAN İmza vasitəsilə də qoşula bilərlər.

İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən bir çox imkanlardan faydalanmaq üçün şərait yaradır:

- Bank hesabına nəzarət;

- Hesabdan çıxarış;

- Ölkədaxili köçürmələr;

- Bankdaxili köçürmələr;

- Ölkəxarici köçürmələr;

- Kütləvi köçürmələr;

- Əməkhaqqı ödənişləri;

- Vergi ödənişləri;

- ƏDV ödənişləri;

- Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı biznes subyektlərinin elektron bankçılıq xidmətlərindən istifadə imkanlarını genişləndirmək üçün tədbirləri davam etdirir. Bu istiqamətdə digər yeniliklərimizi də tezliklə müştərilərimizə təqdim edəcəyik”. 

İnternet Bankçılıq xidmətinə ASAN İmza vasitəsilə bu link üzərindən qoşulmaq mümkündür. https://asan.ibar.az/ibank/asan

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
891

Son xəbərlər

1987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28
Bütün xəbərlər