Energetik içkilər: idmana və gümrahlığa zərərdir, yoxsa dəstək? – FOTO

Energetik içkilər və yaxud da xalq arasında deyildiyi kimi “energetiklər” artıq çoxdandır ki, həyatımıza daxil olub.
Bu içkiləri yaşlı insanlardan tutmuş gənclərə qədər hər kəs içir. Hətta bir çoxlarının gündəlik içkisinə çevrilib. Bu da anlaşılandır. Belə ki, energetik içkilərin tərkibində olan maddələr bir çox insanlara gümrahlıq verərək, iş qabiliyyətini artırır.
Lakin son zamanlar mətbuatda, eləcə də telekanallarda energetik içkilərlə bağlı neqativ materiallar daha tez-tez nümayiş olunmağa başlanıb. Bu yazılarda heç bir əsasa söykənmədən energetik içkilərlə bağlı qarayaxmalar öz əksini tapır. Azərbaycanda bu içkilərin populyarlığını, onlardan gün ərzində çoxlu sayda insanların içdiyini nəzərə alaraq 1news.az energetik içkilərlə bağlı araşdırma apararaq onun həyatımıza təsirini araşdırıb.
Yuxululuğu aradan qaldırır və diqqəti cəmləşdirməyə kömək edir
İlk növbədə aydın oldu ki, energetik içkilərin tərkibi hansısa ekzotik inqrediyentlər deyil, gündəlik qidalanma rasionumuzda istifadə etdiyimiz komponentlərdir. Belə ki, energetik içkilərin tərkibi tipik komponentlər olan su və şəkərdən əlavə, taurin və kofeindən ibarətdir. Dünyanın aparıcı təşkilatlarında bu komponentlərin çoxsaylı toksikoloji qiymətləndirmələri onların hər birinə və onların birləşməsinə dair heç bir narahatlıq olmadığını bildirib.
Nümunə üçün, taurin bir çox ərzaqlarda, eləcə də uşaq qidalarında mövcuddur. Energetik içkilərin əsas komponentlərindən biri də kofeindir ki, müəyyən miqdarda orqanizmə müsbət təsir göstərərək, yuxululuğu aradan qaldırır və diqqətin cəmləşdirilməsinə yardımçı olur.
2015-ci ilin yanvar ayında Avropa İttifaqının qida təhlükəsizliyindən məsul olan əsas idarəsi - Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) dietik, qidalanma məhsulları və allergiya üzrə elmi bölmənin hazırladığı “Kofein təhlükəsizliyi üzrə elmi araşdırma”nın nəticələrini dərc edib.
Araşdırma Avropa cəmiyyəti və ekspertlərinin enegetik içkilərin tərkibinə daxil olan kofeinin insan sağlamlığına təhlükəsi ilə əlaqədar məsələlərlə bağlı Avropa Komissiyasının sifarişi əsasında hazırlanıb. Nəticələr Avropanın 22 ölkəsində 66 531 nəfərin iştirak etdiyi 39 sorğunun yekununa əsasən hazırlanıb. Avropalı alimlərin əsas nəticələri bunlardır:
- Kofeinin gün ərzində 400 mq istifadəsi hamilə qadınlar istisna olmaqla, hər kəs üçün təhlükəsizdir.
- Kofeinin gün ərzində 200 mq istifadəsi hamilə qadınlar üçün təhlükəsizdir.





2009-cu ilin 12 fevralında Qida Təhlükəsizliyi üzrə Avropa Departamenti energetik içkilərin tərkibinə daxi olan taurinin kəmiyyətinin insan sağlamlığı üçün təhlükəli olmaması ilə bağlı alimlərin gəldiyi qənaəti dərc edir.
Energetik içkilərlə bağlı əhalinin lazımi qədər informasiyaya sahib olmaması və ölkəmizdə bununla bağlı müxtəlif əfsanələr yaranıb. Bütün bunlar heç bir fakta söykənməyərək əsasssız iddialardır, bəzən isə sifarişlidir! Bunun nəticəsi olaraq cəmiyyətdə enerji içkilərilə bağlı təhrifolunan təəssürat yaranıb.
Eyni zamanda energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satılmaması ilə bağlı qanunla məhdudlaşdırılmalıdır. Həmçinin istehsalçılar bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, energetik içki bankalarının üzərində iri hərflərlə bunu qeyd etməlidir.
Amma Azərbaycanda eyni zamanda aparılan energetik içkilərin satışından aksiz yığımının tətbiqi haqqında danışıqlar aradan qaldırılıb – axı hal-hazırda energetik içkilər bütün inkişaf etmiş ölkələrdə, istisnasız, aksiz yığımı olmadan satılır.
Nə üçün insanlar iş yerlərindən, büdcə isə gəlirdən məhrum edilsin?
Digər məqamı – energetik içkiləri “kainat şəri” hesab edənlər unutmasın ki, bir çox idman tədbirləri energetik işkilərin sponsorluğu ilə keçirilir. “Formula 1” yarışları, idmanın ekstremal növləri, futbol – bütün bu idman növlərinə istehsalçı-şirkətlər böyük pullar sərf edərək sağlam həyat tərzini təbliğ edilər.





Davam edək, energetik içkilərin iqtisadi tərəfinə də diqqət yetirək. Energetik içkilərə aksiz markasının tətbiqi bu sahədə yeni yaranmış yerli, azərbaycanlı istehsalçılar üçün böyük zərbə olacaq. Nəzərə alaraq ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə rəqabət aparmağa icazə verən yüksək keyfiyyətli energetik içkilər istehsal etmək üçün böyük investisiyaları tələb edir. İstehsalçılar bu cür bahalaşma zamanı yatırılmış investisiyaları və istehsalın gəlirliyini də əldə edə bilməyəcək.
Nəticədə bütün bu müəssisələr bağlanacaq. Deməli minlərlə daimi və yüksək məvacibli iş yerləri ləğv ediləcək. Yeli istehsal yoxa çıxdıqda isə nəinki iş yerləri, eləcə də dövlət büdcəsinin əsasını təşkil edən vergi yığımları da azalacaq.
Bu da yerli istehsala hərtərəfli yardım göstərmək və ölkənin iqtisadiyyatında neft sektorunun payının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsini nəzərdə tutan dövlət siyasətinin açıq-aşkar əksinə gedir.
Azərbaycan bazarının böyük hissəsi xarici şirkətlərin payına düşdüyünü nəzərə alaraq, əksinə, idxal olunan enerji içkiləri ilə əlaqədar əlavə gömrük rüsumları tətbiq etmək yaxşı olmazdımı?
Sonda isə qeyd etmək istərdik. Energetik içkilərin daha çox gənclər istifadə etdiyini nəzərə alsaq, bu içkilərin bahalaşması zamanı gənclər spirtli içkilərdə, siqaretlərdə və hətta narkotikdə alternativ çıxış yolu axtara bilər. Bu, Azərbaycan cəmiyyətinə gərəkdirmi? Azərbaycan dövlətinə energetik içki ilə bağlı yerli istehsala və satıcılara təzyiq göstərərək gəlirdən məhrum olması lazımdırmı?
Düşünürük ki, bu sualların cavabı Azərbaycanda sağlam düşüncəli hər bir vətəndaşa aydındır.
Tərcümə: S.Xankişiyeva