Zamirə Hacıyeva həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zamirə Hacıyeva həbs edilib

09:36 - 07 / 11 / 2018
Zamirə Hacıyeva həbs edilib

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda həbs edilib.

Hazırda onun Azərbaycana ekstradisiya edilməsi məsələsi müzakirə olunur.

55 yaşlı Z.Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri Hacıyevanın "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Qeyd edək ki, UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Vestminster Magistr Məhkəməsindən bildiriblər ki, Z.Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycan hökumətinin Z.Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

Ona qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb, təcridxanada saxlanılır.

Məhkəmə hakimi Emma Arbutnot bildirib ki, Z.Hacıyeva zaminə buraxıla bilər. Bunun üçün o, 500 min funt sterlinq məbləğində zəmanət məbləği ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir. Lakin dövlət prokurorları buna kəskin etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Z.Hacıyevanın həbsi ilə bağlı apelyasiyaya noyabrın 9-da Ali Məhkəmədə baxılacaq.

Cahangir Hacıyev həbs olundu

Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub

S.Xankişiyeva

 

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər