“Hərəyə bir bayraq” adlı aksiya keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hərəyə bir bayraq” adlı aksiya keçirilib - FOTO

17:41 - 08 / 11 / 2018
“Hərəyə bir bayraq” adlı aksiya keçirilib - FOTO

Azərbaycan Kooperasiya Universitetində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Hərəyə bir bayraq” adlı aksiya keçirilib.

Universitetdən 1news.az-a bildiriblər ki, tədbir çərçivəsində Tələbə-Gənclər Təşkilatının fəal üzvləri dərsə gələn müəllim və tələbələrə müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək əlamətdar gün münasibətilə onları təbrik ediblər.

Aksiyanın məqsədi gənclərin Dövlət bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da artırmaq, vətənpərvərlik hisslərini gücləndirməkdir.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər