Beyons azərbaycanlı dizaynerin kolleksiyasından geyindi – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Beyons azərbaycanlı dizaynerin kolleksiyasından geyindi – FOTO

11:42 - 08 / 11 / 2018
Beyons azərbaycanlı dizaynerin kolleksiyasından geyindi – FOTO

Müğənni Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasından geyinib.

1news.az xəbər verir ki, bu barədə Rüfət sosial mediada məlumat verib.

O, ifaçının bir neçə fotosunu səhifəsində paylaşaraq "Füsunkar Beyonsu 2018-in dəbli idman kolleksiyasından olan geyimdə görmək məni çox həyəcanlandırdı” qeydini yazıb.

Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir. Dizaynerin kolleksiyalarından birinin dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo”da təqdim edilməsi onun beynəlxalq miqyasda istedadlı bir insan kimi tanınmasının göstəricisidir.

Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görüb. Önun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.

1news.az

Paylaş:
1227

Son xəbərlər

Bütün xəbərlər