Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir

12:05 - 09 / 11 / 2018
Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir.

1news.az-ın məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər, deputatlar iştirak edirlər.

Xatırladaq ki, görkəmli aktrisa dünən uzun sürən ağır xəstəlikdən sonra 73 yaşında vəfat edib.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər