Lənkəranda 4 kənd su altında qaldı – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda 4 kənd su altında qaldı – RƏSMİ

14:20 - 12 / 11 / 2018
Lənkəranda 4 kənd su altında qaldı – RƏSMİ

Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

S.Xankişiyeva

 

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər