Sürücü bir əlində telefon, digərində siqaretlə avtobusu idarə etdi – VİDEO

Paytaxtın 30 nömrəli marşurut avtobusunda sürücünün etdiyi qayda pozuntusu sərnişinlərin narazılığına səbəb olub.
Bir əlində telefon, digər əlində siqaret ola-ola avtobus idarə edən sürücü həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıb.
1news.az-ın Xəzər Xəbər-ə istinadla verdiyi xəbərə görə, əlində siqaret olduğuna görə sükanı möhkəm tuta bilmir və telefonla məşğul olan əli ilə qapıları açır.
Görüntülər Bakının Babək prospektində 30 nömrəli marşurut avtobusunda çəkilib.
Neftçilər metrostansiyasının yaxınlığından, “28 May” metrostansiyasının yaxınlığına hərəkət edən sözügedən marşurut avtobusunun nəzarətçisinin sözlərinə görə, qayda pozuntusu edən onların sürücüsü Elvin Novruzovdur.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin sözlərinə görə görüntü ilə bağlı müvafiq araşdırma aparılacaq və belə halların təkrarlanmaması üçün daşıyıcıya xəbərdarlıq ediləcək.
S.Xankişiyeva