Azərbaycanlı iş adamının villasında meyit tapıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı iş adamının villasında meyit tapıldı – FOTO

11:44 - 12 / 11 / 2018
Azərbaycanlı iş adamının villasında meyit tapıldı – FOTO

Türkiyədə azərbaycanlı iş adamının bağ evində bağban işləyən şəxs quyuya düşərək ölüb.

1news.az-ın unikal.org-a istinadla verdiyi xəbərə görə, İstanbulun Sarıyer rayonunda azərbaycanlı iş adamının malikanəsində bağban kimi çalışmış 57 yaşlı Rəcəb Çelikerin cəsədi su quyusundan tapılıb.

Noyabr ayının 9-dan itkin düşən Rəcəb Çelikerin cəsədi azərbaycanlı iş adamın bağının quyusunda tapılıb. Cəsəd orada çalışan mühafizəçi tərəfindən aşkarlanıb. Hadisə yerinə həmçinin Çelikerin həyat yoldaşı və yaxınları gəlib və onlar gözyaşlarına hakim ola bilməyiblər.

Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Xilasetmə əməkdaşlarının səyi nəticəsində cəsəd quyudan çıxarılaraq, morqa göndərilib.

Qeyd edək ki, malikanə azərbaycanlı iş adamına məxsus olduğu deyilsədə, adı açıqlanmır.

S.Xankişiyeva

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər