Bakıda məktəbin yerləşdiyi binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbin yerləşdiyi binada yanğın olub

17:19 - 13 / 11 / 2018
Bakıda məktəbin yerləşdiyi binada yanğın olub

Noyabrın 13-də Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın baş verib.

Qeyd edək ki, binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb.

Füzuli Rayon Təhsil Şöbəsindən 1news.az-a verilən məlumata görə, yangın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar.

Məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb.

1news.az

Paylaş:
797

Son xəbərlər

Bütün xəbərlər