Azərbaycanda daha bir avtobus qəzası: 10-na yaxın yaralanan var

Yevlax rayonunda mikroavtobus qəzaya düşüb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə Yevlax-Xaldan yolunun rayonun Quçuluq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, mikroavtobusla “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində, 10-na yaxın sərnişin yaralanıb. Yaralılar Yevlax və Mingəçevir xəstəxanalarına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
S.Xankişiyeva
522