Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdi

14:35 - 15 / 11 / 2018
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdi

Texniki səbəblərə görə 16.11.2018-ci il tarixində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, 16.11.2018-ci il tarixində Bakıdan saat 08-00-da yola düşən 6001, saat  08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reysə üzrə ləğv edilir.

Göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

S.Xankişiyeva

 

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər