Bu gündən məktəblilərin payız tətili başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən məktəblilərin payız tətili başlayıb

09:38 - 16 / 11 / 2018
Bu gündən məktəblilərin payız tətili başlayıb

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, tətil noyabrın 21-dək davam edəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

S.Xankişiyeva

 

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər