Sumqayıt Texnologiyalar Parkında fəhlənin ölüm xəbəri yalan çıxdı

Noyabrın 17-də bir neçə media qurumu Quluzadə Fərhad Mətləb oğlunun Sumqayıt Texnologiyalar Parkının zavodlarının birində hündürlükdən yıxılaraq həlak olması barədə məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a məsələ ilə bağlı daxil olan məlumatda bildirilir ki, xəbərlərdə qeyd edilən şəxs Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərmir.
“Ümumiyyətlə, zavod ərazisində hər hansı bir səbəbdən ölüm və ya qəza hadisəsi baş verməyib”- deyə, məlumatda qeyd olunub.
1news.az
401