Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?

12:47 - 19 / 11 / 2018
Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?

Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü, həftənin cümə axşamı isə növbəti iş günüdür.

1news.az

Paylaş:
5155

Son xəbərlər

Bütün xəbərlər