Yüksək vəzifəli məmur işdən çıxarıldı – Bakıda | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək vəzifəli məmur işdən çıxarıldı – Bakıda

15:42 - 20 / 11 / 2018
Yüksək vəzifəli məmur işdən çıxarıldı – Bakıda

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov vəzifəsindən azad olunub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

E.Allahverdiyevin digər əmri ilə həmin vəzifəyə Elmin Zamanov təyin edilib.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

S.Xankişiyeva

 

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər