Kamaləddin Heydərov Gəncədəki partlayışdan danışıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Heydərov Gəncədəki partlayışdan danışıb – VİDEO

12:37 - 20 / 11 / 2018
Kamaləddin Heydərov Gəncədəki partlayışdan danışıb – VİDEO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, vəziyyətlə tanış olan nazir jurnalistlərə açıqlama verib.

K.Heydərov bildirib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb:

“Səhər saat 5:45-də hadisə barədə məlumat daxil olub. Partlayış zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır. Yaralı hərbçi olduğundan hospitala yerləşdirilib. Onun vəziyyətinin də ağır olduğu bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Kinoloji xidmətin itlərindən hər hansı reaksiya olmasa təmizləmə işlərinə başlanacaq. Sonra isə binanın qalıb-qalmaması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək”.

Gəncədə dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb - VIDEO - YENİLƏNİB

S.Xankişiyeva

 

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər