Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı

14:21 - 22 / 11 / 2018
Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Unikal.org-ın verdiyi xəbərə görə, Abel Məhərrəmovla bağlı maraqlı məlumat daxil olub. Belə ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.

Abel Məhərrəmovun milyonluq mülkləri: villalar, şadlıq sarayı, mənzillər ...

Abel Məhərrəmov vəzifəsindən azad edildi - SƏRƏNCAM

S.Xankişiyeva

 

Paylaş:
1391

Son xəbərlər

Bütün xəbərlər