Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb – VİDEO

Vergilər sahəsində nəzərdə tutulan islahatlar qeyri neft sektorunun və sahibkarlığın inkişafına əsaslı yardım edəcək.
1news.az-ın verdiyi xəbərə görə, bunu Real TV-yə müsahibəsində vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir dəyişikliklərin əsas istiqamətlərinin açıqlayıb:
“Vergilərin yığılması iqtisadiyyatın vəziyyətindən asılıdır. Əgər iqtisadiyyat sağlamdırsa və iqtisadi artım varsa, çoxlu gəlir əldə edilirsə, deməli daha çox vergi yığılacaq. Əksinə, biznes mühit zəifdirsə, belə olan halda sahibkar az qazanır və az vergi ödəyir. Buna görə də vergi siyasətinin tətbiqi zamanı bu rübdə, ildə yığılan vergilərlə məhdudlaşa bilmərik. Hər zaman yürütdüyümüz vergi siyasətinin iqtisadi inkişafa təkan verəcəyini, biznes mühitə kifayət qədər sadələşdirilməsinə xidmət etməsini düşünməliyik”.
Vergilər naziri Mikayıl Cabbarovun “Mir Şahinin vaxtı” geniş müsahibəsini təqdim edirik.
S.Xankişiyeva