“Uşaq Avroviziyası 2018”də Azərbaycanı təmsil edən Fidan Hüseynovaya səs verək – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Uşaq Avroviziyası 2018”də Azərbaycanı təmsil edən Fidan Hüseynovaya səs verək – FOTO – VİDEO

12:37 - 23 / 11 / 2018
“Uşaq Avroviziyası 2018”də Azərbaycanı təmsil edən Fidan Hüseynovaya səs verək – FOTO – VİDEO

“Uşaq Avroviziyası 2018” mahnı müsabiqəsinin finalına iki gün qalıb.

Müsabiqənin rəsmi saytında səsvermə bu gün, noyabrın 23-də saat 19:00-da başlayacaq və noyabrın 25-i 18:00-a qədər davam edəcək. Müsabiqədə çıxış edən hər bir iştirakçıdan sonra təşkilatçılar səsvermə üçün 15 dəqiqə vaxt verəcək. Bundan sonra tamaşaçıların və finalçıların bütün səsləri toplanacaq.

Saytda səsvermə üçün üçdən-beşə qədər iştirakçı seçilməlidir. Böyüklər üçün olan “Avroviziya”dan fərqli olaraq, “Uşaq Avroviziyası”nda öz ölkəndən olan iştirakçıya da səs vermək mümkündür. Hər birimiz Azərbaycanı bu müsabiqədə təmsil edən Fidan Hüseynovaya səs verə bilər.

Fidana səs vermək üçün bu linkə keçid etmək olar. Qeyd edək ki, səsvermə hələ ki, aktiv deyil.

Fidan Hüseynova “I Wanna Be Like You” mahnısı ilə yarışmada çıxış edəcək. Müsabiqənin finalını noyabrın 25-də saat 19:00-da İTV-nin efiri vasitəsilə izləyə bilərsiniz.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
995

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər