Allahşükür Paşazadə: Bəzi siyasi xadimlər dini məsələləri öz xeyirlərinə istifadə edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə: Bəzi siyasi xadimlər dini məsələləri öz xeyirlərinə istifadə edirlər

15:54 - 26 / 11 / 2018
Allahşükür Paşazadə: Bəzi siyasi xadimlər dini məsələləri öz xeyirlərinə istifadə edirlər

Bu gün bəzi siyasi xadimlər dini məsələləri öz xeyrinə istifadə edir. Özünü dindar kimi göstərib, din adından çıxış edib dinə olan münasibəti öz xeyrinə istifadə etmək cəhdi var. Ona görə də, dünyada bu cür qarşıdurmalar baş verir.

1news.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib:

“Əlbəttə, bütün siyasətçi və ya dövlət rəhbərləri deyil, bəzilərinin səbəbindən bu vəziyyət hətta məzhəblər arasında, xalqlar, millətlər içərisində də qarşıdurmalara gətirir.

Müsəlman dünyasında da bu cür vəziyyət var. Amma bu o demək deyil ki, biz ümidsiz olaq. İnanıram ki, bir gün gələcək qardaşlıq, dostluq, ədalət üstün dəyərə çevriləcək”.

Dini həddən artıq siyasiləşdirildiyini deyən QMİ rəhbəri şəxsi mənafeyə xidmət edən siyasətin təhlükəli olduğunu vurğulayıb:

“İslam dini salam, yəni əmin-amanlıq, sülh, qardaşlıq, yardımlaşma dinidir. Ancaq bu gün İslamdan istifadə edən bəzi qurumlar, siyasi xadimlər onu öz maraqları üçün istifadə edir. Bütün dinlər belədir. Həzrət İsa, həzrət Musa, həzrət İbrahim, həzrət Adəm və həzrət Məhəmməd (s.ə.s) sülhə, qardaşlığa, yardımlaşmaya çağırıb. İndi isə dini həddən artıq siyasiləşdirirlər. Nəticədə bu vəziyyət yaranır. Siyasət dedikdə mən ümumi olaraq siyasi fikrin əleyhinə deyiləm. Şəxsi mənafeyə xidmət edən siyasət təhlükəlidir. Ancaq insanları doğru yola yönəldən siyasət müqəddəs işdir”.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər