Bakının üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

17:06 - 26 / 11 / 2018
Bakının üç rayonu üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Noyabrın 30-da paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) 1news.az-a bildiriblər ki, 252 nömrəli məktəb-liseydə təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

1news.az

Paylaş:
277

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər