Ermənistan və Gürcüstan Kürü zəhərləyir – Nazirlik açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan və Gürcüstan Kürü zəhərləyir – Nazirlik açıqladı

09:52 - 26 / 11 / 2018
Ermənistan və Gürcüstan Kürü zəhərləyir – Nazirlik açıqladı

Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 37 m3/san artaraq 184 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.

Noyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayda-Qazax şəhərində 2,0, Ağstafa su anbarı Musaköy kəndində 1,7, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2-2,1, biogen maddələrdən nitritlərin miqdarının isə 1,4-1,8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,84-6,82 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

S.Xankişiyeva

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər