Havanın temperaturu 18 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 18 dərəcəyə qədər artacaq

13:14 - 27 / 11 / 2018
Havanın temperaturu 18 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-10, gündüz 14-18, Bakıda  gecə  6-8, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Babək Cahandarov

Paylaş:
367

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər