Bakıda güclü partlayış: xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda güclü partlayış: xəsarət alanlar var

12:05 - 27 / 11 / 2018
Bakıda güclü partlayış: xəsarət alanlar var

Bakıda fərdi evdə qaz sızması olub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış qeydə alınıb. Evin dam örtüyü yararsız hala düşüb.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
525

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər