Azərbaycanda benzin və dizellə bağlı mühüm xəbər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda benzin və dizellə bağlı mühüm xəbər – VİDEO

12:17 - 27 / 11 / 2018
Azərbaycanda benzin və dizellə bağlı mühüm xəbər – VİDEO

Azərbaycanda yüksək oktanlı yanacaqların istehsalı ilə bağlı tədbirlər həyata keçirilir.

Bu çərçivədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma işləri sürətlə davam edir. Görüləcək işlərdən sonra benzin ilə yanaşı, "Avro -5" standartına cavab verən dizel də ölkəmizdə istehsal olunacaq.

1news.az-ın verdiyi xəbərə görə, Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Xəzər Xəbər-ə açıqlamasında artıq bu yanacaqların istehsal tarixinin bəlli olduğunu deyib.

İndiki mərhələdə Bakı Neft Emalı Zavodundakı layihələndirmə və mühəndislik işləri yekunlaşıb. Hazırda tikinti və icra işləri həyata keçirilir. Yaxın zamanda bitum qurğusu da istifadəyə veriləcək.

Hazırda ölkədə yanacağa olan tələbatın 95 %-i SOCAR tərəfindən qarşılanır. Qalan 5 %-lik hissəni isə yüksək oktan ədədli yanacaqlar tutur ki, bu məhsullara da tələb böyük olmadağından idxal edilir. Amma zavodda aparılan yenidənqurma işlərindən sonra yüksək oktan ədədli yanacaqlar da ölkəmizdə istehsal olunacağından idxala ehtiyac qalmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

S.Xankişiyeva

 

Paylaş:
439

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər