Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib

15:09 - 28 / 11 / 2018
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Artıq cinayət işinin ibtidai istintaq artıq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 5-nə təyin edilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

S.Xankişiyeva

 

Paylaş:
547

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər