Bu nömrəni alana maşın pulsuz verilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu nömrəni alana maşın pulsuz verilir – FOTO

16:21 - 28 / 11 / 2018
Bu nömrəni alana maşın pulsuz verilir – FOTO

Avtomobil elanlarına görə tanınmış yerli facebook səhifələrinin birində məzəli avtomobil satışı elan yerləşdirilib.

1news.az-ın Avtosfer.az-a istinadla verdiyi xəbərə görə, elanı göndərən şəxs 10-KJ-500 dövlət nömrə nişanını 11000 manata satdığını, onu alacaq şəxsə nömrənin üstündə 2005-ci ilin "QAZ-31”-ini hədiyyə edəcəyini yazıb.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi fərdi şəxslərin dövlət qeydiyyat nişanlarını satmasının qanunsuz olduğunu dəfələrlə bəyan edib. Nömrə yalnız DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və şöbələrində satıla bilər.

S.Xankişiyeva

Paylaş:
2163

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər