Şirvan və Salyan şəhərlərində su olmayacaq

Bu gün iki şəhərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Şirvan-Muğan qrup su kəmərində aparılan profilaktik işlərlə əlaqədar 28 noyabr tarixində gün ərzində Şirvan və Salyan şəhərlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
504