Bakıda maşın piyadaları vurdu: ölən və yaralananlar var

Bu gün səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Abdullayev Natiq Əliağa oğluna məxsus “Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil Bakı Dəniz Vağzalının yaxınlığında yolu keçmək istəyən üç piyadanı vurub.
Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.
Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
1news.az
466