Ceyhun Bayramov: Təhsil sahəsində həlli vacib olan bir sıra məsələlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov: Təhsil sahəsində həlli vacib olan bir sıra məsələlər var

12:00 - 28 / 11 / 2018
Ceyhun Bayramov: Təhsil sahəsində həlli vacib olan bir sıra məsələlər var

Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsil daimi inkişaf edən sahələrdən biridir: "Bu baxımdan müəllimlərin növbəti qurultayına kimi həlli vacib olan bir sıra məsələlər var".

C.Bayramov qeyd edib ki, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tədbiqi qarşıda duran başlıca vəzifələrdəndir: "Qəbul edilməlidir ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq. Bununla bağlı təmayülləşmənin daha erkən yaşlardan tədbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nano texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tədbiqi prioritet hesab olunmalıdır".

C.Bayramov vurğulayıb ki, yeni məzmunun tədbiqi ilk növbədə yeni yanaşmaları mənimsəyən və tədbiq etməyi bacaran pedoqoji kadrlar tələb edir: "Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə nazirlik tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tədbiqi təcrübə kompanentinin əhəmiyyətli dərəcədə artması əsas hədəflər kimi müəyyən edilib. Ali təhsil sahəsində isə ən böyük hədəflərdən biri əhatəliliyin və keyfiyyətin artırılmasıdır".

S.Xankişiyeva

 

Paylaş:
574

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər