Astarada canavar 7 sakinə hücum etdi, yaralılar var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada canavar 7 sakinə hücum etdi, yaralılar var – FOTO

15:16 - 29 / 11 / 2018
Astarada canavar 7 sakinə hücum etdi, yaralılar var – FOTO

Astara rayonunun Şuvi və Zəngüləş kəndlərinə canavar hücum çəkib.

Səhiyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.

Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini, 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

S.Xankişiyeva

 

Paylaş:
905

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər