Bəhram Bağırzadə: Piknikdə təmiz hava bizlərə pis təsir edir və biz də vəhşiləşirik | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəhram Bağırzadə: Piknikdə təmiz hava bizlərə pis təsir edir və biz də vəhşiləşirik

11:36 - 29 / 11 / 2018
Bəhram Bağırzadə: Piknikdə təmiz hava bizlərə pis təsir edir və biz də vəhşiləşirik

Bir zamanlar Sinqapur kasıb, çirkli şəhər idi. Lakin sonra baş verənlər buranı Sinqapur möcüzəsi adlandırılmasına səbəb oldu.

Sinqapurda insanlar Yer kürəsində əməlli-başlı Cənnət yaratmağa müvəffəq olublar. Orada heç vaxt olmasam da, şəkilərdən şəhərin təmiz, gözəl və baxımlı olduğunu görmək çətin deyil.

Eşitmişəm ki, Sinqapur lideri Li Kuan Yu şəhərlə gedən zaman sakinlərin yolu kəsmək üçün yol kənarında əkilmiş gülləri tapdalayaraq getdiklərinin şahidi olur. Bu zaman anlayır ki, bu nəsil ilə mübarizə aparmaq mənasızdır və məktəblilər üçün geniş proqram hazırlayır. Öz əlləri ilə gül, ağac əkmiş uşaqlar onlara qulluq edir və nəticədə ekoloji Cənnət yaradan nəslə çevrilir.

Dörd yüz əvvəlki Avropaya baxaq – şəhər əhalisinin pəncərələrdən çirkab suları tökməsi, parazitlər, siçovullar, xəstəliklər, epidemiyalar... Həmin dövrlərə aid filmlərə baxdıqda avropalıların bu cür dəhşətli antisanitariya şəraitində necə yaşadığını görmək olur. Həmin illər Avropanın əksinə olaraq Azərbaycanda müntəzəm olaraq hamamlara getmək mədəniyyəti hökm sürürdü.

Bəs indi nə görürük? Hər şey tərsinə çevrilib. Çirkabda boğulan Avropada təmizlik başlıca qaydaya çevrilib – burada hər budağın, yarpağın qədri bilinur, şəhər par-parlayır, heyvanlar aləmi qorunur, təbiətin qorunması və müdafiəsi üçün qanunlar qəbul edilir və hər kəs buna riayət edilir.

Ölkəmiz də son illər dünyanın ən gözəl yerlərindən birinə çevrilib, lakin elə bil biz bunu görmək istəmirik. Xaricdən buna şadıq, təmizliyə riayət etməyə çalışırıq. Düzdü, bağban və süpürgəçilər gəlmədən öncə səhərlər parklar, xiyabanlarda kağızlar, qida qalıqları, plastik şüşələr, tum qabıqları ilə əhatəli olur.

Ən böyük “şənlik” isə şəhər ətrafına piknikə getdikdə olur. Ola bilsin ki, təmiz hava və geniş məkan bizə pis təsir edir və biz də vəhşiləşirik.

Hər il sosial şəbəkələrdə meşələrdə, qoruqlarda qarpız və xiyar qabıqları, sümüklər, şüşələr və minlərlə sellofan torba şəkiləri insanı heyrətə gətirir. Axı bizə nə olub?

Piknikdən sonra tökdüklərimizi təmizləməkdə bizə kim mane olur? Bu sualın cavabını verməkdə çətinlik çəkirəm. Və öz vətəninə qarşı bu cür hərəkət edənlərlə bağlı heç bir fikir də söyləyə bilmirəm. Biz hamımız virtual qəhrəmanlara çevrilmişik. Real həyatda isə yaşadığımız yerizibilləyənlərik! Meşələrdə, dağları, dəniz kənarını, təmiz çayları zibilləyirik.

Möthəşəm idman yarışları və mədəniyyət tədbirlər zamanı ölkəmizə gələn qonaqlara köməklik edən könüllü gənclərimizlə fəxr edirəm. Lakin onların təhsil almaq, idmanla məşğul olmaq, kitab oxumaq yerinə, belini əyərək zibil toplamasını görəndə çox xəcalət çəkirəm.

Öz işinlə məşğul ol”, - bunu mənə şərh bölməsində yazırlar. Bu mənim işimdir, çünki mən bu ölkədə, bu qitədə, bu dünyada yaşayıram. İstəmirəm ki, bura nəhəng zibilliyə çevrilsin. Mən tullantıların təkrar emalı zavodu tikdirə bilmirəm. Lakin MƏN DƏ SİZİN kimi piknidkən sonra tullantılarımı təmizləyə bilərəm. İstəmirəm ki, Sinqapurdakı kimi ölkəmdə də qayda pozuntusuna görə fiziki cəza verilsin.

Hər ağacı və ya kolun dibinə qoruqçu qoymaq olmur. Qoruqlara gedə bilmədiyimiz zamanları xatılayın. İndi isə Göy gölə gedərək min illik ağacları seyr edə bilərik. Bəs oranı nəyə çevirmişik? Dünyanın digər ölkələrində insanlar təbiətlə mübarizə apararaq kiçik də olsa meşə yetişdirirlər. Bizi isə Yaradan bu cür gözəllik və müxtəlifliklərlə lütfləndirib ki, baxanda insanın ürəyi sevinclə dolur. Bütün bunları qorumasaq, böyük günah olar. Hələ ki, Yer kürəsi bizdən kömək diləyir...

“TÖKDÜKLƏRİNİ TƏMİZLƏ. HƏR ZAMAN!”

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1181

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər