Аztəminatlı ailələrə ödənişsiz hüquqi yardım - indi bu Azərbaycanda da mümkün oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Аztəminatlı ailələrə ödənişsiz hüquqi yardım - indi bu Azərbaycanda da mümkün oldu – FOTO

13:55 - 30 / 11 / 2018
Аztəminatlı ailələrə ödənişsiz hüquqi yardım - indi bu Azərbaycanda da mümkün oldu – FOTO

Keçmiş həyat yoldaşı aliment ödəmir və uşağın müalicəsi üçün xaricə getməyə icazə vermir. Anası təqaüdçüdür, birinci qrup əlildir, lakin lazımi müavinəti almır.

Bu cür problemlərlə Azərbaycanın Quba rayonundan olan gənc sakini E.İ. fevralda Resurs Mərkəzinə müraciət edib. Burada əhalinin zəif təbəqəsindən olan vətəndaşlara pulsuz hüquqi yardım göstərilir.

Hüquqşünasların səyləri sayəsində dörd ay müddətində keçmiş həyat yoldaşından nəinki alimentlərin ödənilməsi, həmçinin məbləğin artırılmasına da nail olunub. Belə ki, E.İ.-nin uşağında eşitmə qüsuru var. Qanuna əsasən belə olan halda alimentin məbləği yüksək olmalıdır. Həmçinin uşağın lazımi müalicə alması üçün xaricə aparılması üçün ərdən yazılı razılaşma da almaq mümkün oldu.

“Resurs Mərkəzindən əldə etdiyim dəstək bütün gözləntilərimi doğrultdu. Ümid edirdim ki, qanunla mənə düşən alimenti almağa kömək edəcəklər. Alimentin məbləğinin artırılması isə bizə ikiqat sevinc bəxş etdi. Rayon yerində yaşamaq asan deyil və hər bir manatın qədrini bilmək lazımdır”, – E.İ. deyir.

“İndi aliment almaqdan arxayın olduğu üçün, eləcə də keçmiş həyat yoldaşımdan uşağın xaricə aparılmasına yazılı icazəm olduğuna görə, çalışacağam ki, pul toplayım və qızımı İrana müalicəyə aparım”, – deyə o sözlərinə əlavə etdi.

Hüquqşünaslar E.İ.-nin birinci qrup olan anası üçün qanunla ona düşən müavinəti almağa və ölkə daxilində pulsuz sanatoriya şəraitində müalicəyə nail oldular. Qadın artıq bir kurs müalicə keçib və yaxın zamanda yenidən müalicəyə gedəcək. 

Fotoda: Ümumdünya insan hüquqları bəyannaməsinin məqalələri

Bakıdakı Resurs Mərkəzində təmənnasız olaraq Azərbaycan vətəndaşlarının sosial-iqtisadi problemlərinin həlli üçün köməklik göstərilir. Mərkəz insan hüquqlarının effektiv müdafiəsində milli iştirakçıların potensialının artımı üzrə layihə çərçivəsində fəaliyyət göstərir.

1 milyon avro büdcəyə malik layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilərək BMT-nin insan hüquqları sahəsində aparıcı qurumudur. Üç il müddətinə hesablanmış layihə 2018-ci ilin fevralında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə əməkdaşlığa başlayıb.

Resurs Mərkəzinin xidmətlərinə – ərizəçiyə şifahi müraciət əsasında hüquqi məsləhət vermək, onun üçün lazımi sənədlərin doldurulması, dövlət orqanlarına müraciət, eləcə də ehtiyac yaranarsa məhkəmədə vətəndaşın maraqlarının müdafiəsi daxildir.

Resurs Mərkəzində həmçinin insan hüquqları və hüqiqi yardım sahəsində çalışan müxtəlif yerli qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələlərinə tədbirlərin keçirilməsi üçün pulsuz meydan da təqdim edilir.

Fotoda: QHT nümayəndələri üçün Resurs Mərkəzində seminar

Resurs Mərkəzinin əsas hədəf auditoriyası aztəminatlı vətəndaşlar, əlilliyi olanlar və təqaüdçülərdir. Lakin Mərkəzin əməkdaşları müraciət edən heç bir şəxsi diqqətdən kənar qoymur.

“Prinsipimiz – bizə müraciət edən heç bir kəs əli boş getməməsidir”, – bunu Resurs Mərkəzinin hüquqşünaslarından biri, Vəkillər Kollegiyasının üzvlərindən biri Tahir Əliyev deyir.

Onun sözlərinə görə, bəzən insana yalnız 15-20 dəqiqə vaxt ayıraraq onun düşdüyü vəziyyətdə hansı hüquqa malik olmasını, hansı quruma müraciət etməsini və özü ilə hansı sənədlərin olmasını izah etmək mümkün olur. Bir çoxları daha sonra özləri hərəkət etməyə üstünlük verirlər.

Tahir Əliyevin sözlərinə görə, bəzən elə hallar olur ki, Resurs Mərkəzinin predmeti olmayan hüquqi məsləhətlə müraciət edənlər də olur. Nümunə üçün, uşağın müalicəsi və ya işə düzəlməklə bağlı müraciət edirlər. Belə olan halda həmin şəxsə aiddiyyatı üzrə müraciət etmədiyin, onu lazımi instansiyalara üz tutması izah olunur.

Hazırda Resurs Mərkəzinin hüquqşünaslarının apardığı 80% iş vətəndaşların sosial və sosial-iqtisadi hüquqları ilə bağlıdır. Buraya ünvanlı sosial yardımın təmin edilməsi, əliliyə görə müavinətlərin alınması, insanların hüquqlarının bərpası, həmçinin mülkiyyət məsələləri daxildir.

Layihə sənədlərin rəsmiləşdirilməsi rüsumlarını, məhkəmədə baxılması və sairə işlərin xərclərini öz öhdəsinə götürür.

Resurs Mərkəzi Bakının mərkəzində yerləşir, lakin buradakı mütəxxəsislər müntəzəm olaraq ölkənin rayonlarına səyyar məsləhətlər təşkil edir. Fevraldan oktyabra qədər olan müddətdə rayonlarda 8 konsultasiyalar keçirilib ki, burada aparılan işlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ofisləri və Vəkillər Kollegiyasının yerli şöbələri ilə sıx aparılır.

Fotoda: vəkil T.Əliyev müraciət edənlər və həmkarları ilə

Qubadan olan E.İ.-nin hadisəsi Resurs Mərkəzinə kömək üçün müraciət edənlərdən yeganə  uğurlu nümunə deyil. On aylıq fəaliyyəti müddətində burada 300-ə yaxın iş açılıb. Bunlardan bir çoxu artıq bağlanıb.

Nümunə üçün, Gəncədən olan təqaüdçü Aydın Məhərrəmova ona səhvən təqdim edilmiş borcu ləğv etməyə köməklik göstərilib. Pensiya Fondu tərəfindən onun adına 500 manat (təxminən 260 avro) hesablanıb ki, bu da ölkənin regionlarında orta əməkhaqqının dəyərindən yüksəkdir. Resurs Mərkəzinin hüquqşünasları bir ay müddətinə borcun 10 dəfə azaldılmasına nail olublar.

Bakı sakini T.A*-ya qohumları tərəfindən təqaüd yaşında olan atasına digər qızlarının icazə verilməməsilə bağlı ittiham araşdırılıb. Lakin T.A-nın atasının sözlərinə görə, atası özü onları görmək istəmir.

“Bacılarım polis əməkdaşı ilə gələrək, mənə görə atamın onları görmək istəməməsində ittiham etdilər. Lakin burada mənim heç bir təqsirim yoxdur. Bu, onun şəxsi qərarıdır. Ethimal edirəm ki, bu, bacılarımın atama verdiyi sözə əməl etməməsinə görədir”, – deyə T.A ailə münasibətləri ilə bağlı bəzi məqamların xırdalıqlarını söyləmədən bildirib.

T.A-nın günahsızlığını məhkəmədə sübuta yetirmək üçün Resurs Mərkəzinin hüquqşünasları ona köməklik edir.

Fotoda: İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz dövlətləri üzrə baş məsləhətçisi Vladimir Şkolnikov

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz dövlətləri üzrə baş məsləhətçisi Vladimir Şkolnikovun sözlərinə görə, layihənin iki məqsədi var – Azərbaycanda zəif təbəqədən olan insanların hüquqlarının bərpasına kömək etmək, eləcə də vətəndaş hüququ sahəsində pulsuz hüquqi yardım göstərmək mədəniyyətinin ölkədə təşviq edilməsidir.

“Azərbaycanda əhalinin zəif təbəqədən olan vətəndaşlarına pulsuz hüquqi yardımın verilməsi mədəniyyəti inkşaf etməkdədir və layihəmiz bu prosesə kömək etmək məqsədini daşıyır”, – deyə o, bildirib.

Nümunə üçün Vladimir Şkolnikov Qərbdə məşhur “Pro bono” (latınca: pro bono publico – “ictimai xeyir naminə”) sistemini gətirdi. Bu sistemə əsasən hüquq firmalarından olan mütəxxəsislər vaxtının müəyyən saatını pulsuz şəkildə əhalinin zəif təbəqəsindən olanlarla işə həsr edir.

“Pro bono” sistemində iştirak hüquq firmasının statusu və imicinə müsbət təsir göstərir”, - deyə o sözlərinə əlavə edərək, bu sistemin gələcəkdə Azərbaycanda da kök salacağına ümid etdiyini bildirib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas qeyd edib ki, hər bir insan hüququ müdafiə olunmalıdır, belə ki, bu, istənilən müasir cəmiyyətin ayrılmaz hissəsidir. Hər bir insana, xüsusilə də zəif qrupdan olan şəxslərə öz huquqlarının müdafiə edilməsi təmin edilməlidir.

“İnsan hüquqlarının müdafiəsi, qanunun aliliyi və vətəndaş cəmiyyətinin dəstəklənməsi Avropa İttifaqının fundamental prinsipləridir və Aİ ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində əhəmiyyətli rol oynayır”, – deyə o bildirib.

Dekabrın 10-da İnsan Hüquqları üzrə Bəyannamənin 70 illiyi qeyd edilir. Bəyannamə BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci ildə qəbul edilib və bütün insanlar tərəfindən istisnasız istifadə olunan ilk qlobal hüquq təyinatdır. Bəyannamə hər bir insanın ləyaqətini təsdiq edir, onun hüquqlarının universallığı və bölünməzliyini elan edir.

“Hər kəs qanun qarşısında bərabərdir və hər hansı bir ayrı-seçkilik olmadan hüququnun bərabər qorunmasına haqqı var”,  – sənəddə deyilir. Sənəd təşkilata üzv dövlətlərin cəhd etdiyi təlimat kimi qəbul edilib. Azərbaycan 1992-ci ildən BMT-nin tam hüquqlu üzvüdür.

Fotoda: Ümumdünya insan hüquqları bəyannaməsinin məqalələri

Yelena Ostapenko

Məqalə EU Neighbours east layihəsi çərçivəsində yazılıb.

*Resurs Mərkəsində hüquqi yardım almış qadınların adı etik səbəblərdən dəyişdirilib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3838

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21
Bütün xəbərlər