Estoniyada Azərbaycan bayrağına həsr edilmiş beynəlxalq intellektual festival keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Estoniyada Azərbaycan bayrağına həsr edilmiş beynəlxalq intellektual festival keçiriləcək

15:20 - 30 / 11 / 2018
Estoniyada Azərbaycan bayrağına həsr edilmiş beynəlxalq intellektual festival keçiriləcək

“Atəşgah” İntellektual Oyunlar Klubu dekabırın 1-2-də Azərbaycanın Bayraq gününə həsr edilmiş beynəlxalq intellektual festival keçirəcək.

Klubdan 1news.az-a bildiriblər ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Federasiyası ilə birgə Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunacaq festivalda 25 komandanın iştirakı planlaşdırılır.

Festival çərçivəsində “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” oyunları, həmçinin “QuAZ” intellektual-əyləncə oyunu üzrə turnirlər keçiriləcək. Redaktor qrupuna: Aleksandr Korobeynikov (Saratov), Maksim Merzlyakov (Voronej), Dmitri Borok(Samara)  və Dmitri Başuk (Xarkov) daxildir.

Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişli bildirib ki, yarış xarici ölkələrdən olan bilicilərin Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlığı məqsədi daşıyır.

Qeyd edək ki, “Azərbaycan bayrağı – 100 il” – Azərbaycana həsr olunmuş sayca səkkizinci beynəlxalq intellektual festivaldır. Daha öncə festival Riqa, Sankt-Peterburq, Minsk, Vilnüs, Kalininqrad , Kiyevd və Praqada keçirilib.

1news.az

Paylaş:
432

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər