IPRA-dan “Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək | 1news.az | Xəbərlər
İqtisadiyyat

IPRA-dan “Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək

12:54 - 30 / 11 / 2018
IPRA-dan “Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək

Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA - International Public Relations Association) gələn il yanvarın 26-da türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli  Dövlətlərin  PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi tərəfdaşı oldu.

Tədbirin təşkilat komitəsindən 1news.az-a bildiriblər ki, IPRA-dan gələn dəstək məktubunda forumun türkdilli  dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində yeni metodların tətbiq edilməsində  böyük rol oynayacığına əminlik də bildirilib. IPRA prezidenti forumun fəxri qonaqlarından biri olacaq və spiker kimi çıxış edəcək.

Xatırladaq ki, forumun əsas məqsədi türkdilli dövlətlərin PR Mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin PR mütəxəssislərinin qarşılıqlı əməkdaşlığını genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar  gətirərək  bu sahənin inkişafını  təmin etməkdir.

Bu günə kimi, forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssisləri iştiaklarını təsdiqləyiblər. Bilet satışının gələn həftə başlayacağına baxmayaraq, artıq bir neçə şirkət və təşkilatlardan, habelə fərdi şəxslərdən biletlər sifariş edilib.

1news.az

Paylaş:
628

Son xəbərlər

Bütün xəbərlər