BP-Azerbaijan şirkətinin Bakı ofisi normal rejimdə çalışır – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

BP-Azerbaijan şirkətinin Bakı ofisi normal rejimdə çalışır – FOTO – YENİLƏNİB

11:50 - 04 / 12 / 2018
BP-Azerbaijan şirkətinin Bakı ofisi normal rejimdə çalışır – FOTO – YENİLƏNİB

BP-Azerbaijan şirkətinin Bakı ofisində təhlükəsizlik tədbirləri ilə bağlı yoxlama işləri başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, BP-Azerbaijan-nın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qeyd edib ki, müvafiq qurumların əməkdaşlarının iştirakı ilə ofisdə potensial risk imkanları yoxlanılıb:

“Şirkət əməkdaşları üçün və ofisdə heç bir təhlükə və risk aşkarlanmayıb. Hər şey qaydasındadır. Dünəndən etibarən BP-Azerbaijan şirkətinin Bakı ofisi normal rejimdə çalşır”.

03 dekabr, 17.20

Bazar ertəsi BP-Azerbaijan şirkətinin Bakı ofisində bomba qoyulması, işçilərin isə təxliyyə edilməsilə bağlı xəbər yayılıb.

Məlumatın düzgünlüyünü araşdırmaq üçün 1news.az BP-Azerbaijan-nın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlıya müraciət edib:

“Təhlükənin dərəcəsini və potensial risklərin təyinini araşdırdıq. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq ofis əməkdaşlarını iş vaxtının bitməsindən əvvəl evə buraxdıq. Nə ofisdə, nə də əməkdaşlarla bağlı heç bir təhlükə yoxdur”.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2044

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər