“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti  | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

15:30 - 04 / 12 / 2018
“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

“Nar” “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir.

Hər zaman yenilikləri və innovativ addımları ilə seçilən “Nar” sərgidə yenilənmiş brendi ilə ən böyük stendlərdən birində  öz məhsullarını təqdim edir.

Dörd gün davam edəcək sərgi müddətində iştirakçılar həm “Nar” məhsulları ilə tanış olacaq, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.

Dörd gün ərzində “Nar” stendini ziyarət edənlər texnoloji yeniliklərlə tanış olmaqla yanaşı, müxtəlif müsabiqələrdə iştirak etməklə hədiyyələr qazanacaqlar. Sərgi günlərində abunəçilər “Nar” məhsulları ilə tanış olduqdan sonra xüsusi müsabiqədə iştirak etməklə, müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

“Nar” stendinin qonaqlarına ilk dəfə mobil operatorun yeni məhsulları olan “Nar TV” və “Nar Wi-Fi” ruteri təqdim olunacaq. “Nar”-ın ən son məhsulları ilə həm əyani tanış olmaq, həm də sınaqdan keçirmək mümkün olacaq. Bundan başqa, ziyarətçilər mobil operatorun yüksək keyfiyyətli 4G sürətini test edə biləcək. Sərgidə abunəçilərə “Nar”-ın sərfəli qiymətlərə təklif etdiyi “Full” paketləri haqqında geniş danışılacaq.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən “BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 4-7 dekabr tarixlərində, saat 10:00-dan 18:00-dək davam edəcək.

“Nar” hər kəsi öz stendinə dəvət edir. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

Paylaş:
686

Son xəbərlər

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42
Bütün xəbərlər