Tərtərdə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb - VİDEO

09:40 - 04 / 12 / 2018
Tərtərdə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb - VİDEO

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.

Qeyd edək ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
346

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər