Bakıda binanın eyvanı uçdu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda binanın eyvanı uçdu – FOTO

10:20 - 04 / 12 / 2018
Bakıda binanın eyvanı uçdu – FOTO

Bakıda yaşayış binasında mənzillərdən birinin eyvanı uçub.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Mayakovski küçəsi, ev 15 ünvanında baş verib.

Sakinlərin verdiyi məlumata görə, 1938-ci ildə inşa edilən binanın eyvanı intensiv yağan yağışlar zamanı ağırlığa dözməyib və uçub. Evin içi də yararsız vəziyyətə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, binanın altında saxlanılan maşına ziyan dəyib.

S.Xankişiyeva

Paylaş:
487

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər