Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar

11:45 - 04 / 12 / 2018
Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar

Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunacaq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar.

Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.

S.Xankişiyeva

 

Paylaş:
360

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər