Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq

13:31 - 06 / 12 / 2018
Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq

Azərbaycan və Türkiyə yük vaqonlarının birgə istehsalına başlayacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə KİV-lərinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək yük vaqonlarını birlikdə istehsal edəcək. Bununla əlaqədar Azərbaycanda zavod yaradılacaq. Nazirin sözlərinə görə birgə müəssisənin layihələşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

S.Xankişiyeva

 

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər